12:19 - 25.11.2024
25 noyabr, Fineko/abc.az. Bu il iqtisadiyyatın əsas sektorlarında inkişaf müşahidə edilir.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib. O qeyd edib ki, ölkəmiz yaşıl iqtisadiyyata keçidlə bağlı böyük layihələr həyata keçirir.
"Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi milli gündəliyimizdə əsas yerləri tutur. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir, əməkhaqqı və pensiyalar artırılır” - deyə sədr qeyd edib.
Sahibə Qafarova əlavə edib ki, gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həddədir:
“2025-ci ilin dövlət büdcəsinin prioritetləri Silahlı Qüvvələrin potensialının daha da artırılması, Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. 2025-ci il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə edilib”.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026