12:46 - 17.09.2024
17 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, sentyabrın 17-də valyuta hərracında bankların tələbi 69,18 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 14,73 milyon dollar (27%) çoxdur.
Sentyabrın 12-də keçirilən valyuta hərracında AMB banklara 54,45 milyon dollar satıb.
Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026