Valyuta hərracında bankların tələbi 6% artıb

12:37 - 29.08.2024


29 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, avqustun 29-da keçirilən valyuta hərracında bankların tələbi 80,4 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracdan olduğundan 4,6 milyon dollar (6%) çoxdur.

Avqustun 27-də keçirilən valyuta hərracında AMB banklara 75,8 milyon dollar satıb.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.