15:10 - 22.08.2024
22 avqust, Fineko/abc.az. Bankların Azərbaycanda ev təsərrüfatlarına (ailələrinə) verdiyi kreditlər 15 milyard manatı ötüb.
ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın aylıq statistikasına əsasən, 31 iyul 2024-cü il tarixinə bankların ev təsərrüfatları üzrə ümumi kredit portfeli 15 milyard 66,3 milyon manat, bank olmayan ev təsərrüfatları təşkilatlarının kredit portfeli isə 567,8 milyon manat təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə bankların ev təsərrüfatları üzrə kredit portfeli 1 milyard 551,3 milyon manat, iyul ayında isə 305,9 milyon manat artıb.
Ötən ilin sonu ilə müqayisədə bank olmayan ev təsərrüfatları təşkilatlarının kredit portfeli 76,5 milyon manat artıb, iyul ayında isə dəyişməyib.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026