7 ay ərzində bankların xalis mənfəəti artıb

12:09 - 22.08.2024


22 avqust, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın bank sektoru 682.8 milyon manat xalis mənfəət əldə edib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 4.2% çoxdur.

Belə ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın bank sektoru 655.3 milyon manat xalis mənfəət əldə edib.