Birjalarda qızıl və gümüşün qiyməti açıqlanıb 

10:47 - 15.08.2024


 15 avqust, Fineko/abc.az. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,35% artaraq 2 488,3 ABŞ dollarına bərabər olub.

ABC.AZ xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 1,41% artaraq 27,73 ABŞ dollarına bərabər olub.