İyunda Bank sektorunda işçi sayı artıb

11:42 - 23.07.2024


23 iyul, Fineko/abc.az. 30 iyun 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 486, şöbələrinin sayı 91, ATM-lərin sayı 3 086 olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bank işçilərinin sayında artım trendi cari ilin iyun ayında da davam edib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.1% və ya 35 nəfər artaraq 24,223 nəfər təşkil edib.