14:56 - 15.07.2024
15 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, "Rabitəbank" yanvar-iyun ayları üçün hesabat xarakterli maliyyə məlumatlarını açıqlayıb.
ABC.AZ xəbər verir ki, hesabatda 6 ayda "Rabitəbank"ın cəmi aktivləri 723 min manat azalaraq 1 milyard 137 milyon 727 min manata düşüb.
Bankın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 44 milyon 282 min manat və ya 6,1% artaraq 765 milyon 441 manata yüksəlib.
O cümlədən, istehlak kreditləri portfeli 21 milyon 811 min manat artaraq 261 milyon 445 min manata, biznes kreditləri portfeli 13 milyon 234 min manat artaraq 358 milyon 639 min manata, ipoteka kreditləri portfeli 9 milyon 237 min manat artaraq 145 milyon 357 min manata çatıb. 2024-cü ilin ilk 6 ayı ərzində "Rabitəbank"da cəmi depozitlər 56 milyon 758 min manat və ya 7,5% azalaraq 697 milyon 66 min manata düşüb.
O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 19 milyon 141 min manat artaraq 464 milyon 527 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 75 milyon 899 min manat azalaraq 232 milyon 539 min manata düşüb. 30 İyun 2024-cü il tarixində "Rabitəbank" 118 milyon 608 min manat məcmu kapitala malik olub.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026