Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb

11:04 - 28.06.2024


28 iyun, Fineko/abc.az. Bu ilin iyun ayının 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 7 milyard 480,2 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu illik müqayisə ilə 1 milyard 255,7 milyon manat (20,2%), aylıq müqayisə ilə 153,2  milyon manat (2,1%) çoxdur.

Bu ilin may ayının birinə bankların istehak kredit portfeli 7 milyard 327 milyon manat, ötən ilin iyunun 1-nə isə 6 milyard 224,5 milyon manat təşkil edib.