Nazir: Sahibkarların bizneslə məşğul olmaları üçün çox yaxşı şərait yaradılır

10:49 - 28.06.2024


28 iyun, Fineko/abc.az. Hazırda Azərbaycanda sahibkarların bizneslə məşğul olmaları üçün çox yaxşı şərait yaradılır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 28-də Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində olan strukturlar sahibkarların maliyyələşməyə çıxışını təmin edir.

Bildirilib ki, sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarında əlverişli yerləşməsi yüklərin daşınmasını xeyli asanlaşdıracaq.

© Azertag.az