16:21 - 6.06.2024
6 iyun, Fineko/abc.az. “Finex Kredit” BOKT ASC 2023-cü ili 4 166 manat mənfəətlə başa vurub.
Halbuki, BOKT 2022-ci ildə 644 min manat zərər etmişdir.
ABC.AZ BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Finex Kredit” BOKT-un faiz gəlirləri 921 min manat (əvvəlki ilə nisbətən 14% çox), faiz xərcləri 148 min manat (71% az) təşkil edir.
Hesabat dövründə BOKT-un cəmi aktivləri 3 milyon 940 min manat olub ki, bu da illik müqayisədə 24% azalıb.
Bunun 2 milyon 845 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 21% azalıb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026