15:16 - 5.06.2024
5 iyun, Fineko/abc.az. Mərkəzi Bank maliyyə sektorunda olduqca ciddi islahatlar həyata keçirir.
Artıq maliyyə sektoru özünün yeni inkişaf mərhələsinə yaxınlaşır. İlin əvvəlindən başlanılaraq müxtəlif sektorlar üzrə qarşılıqlı əlaqələrin inkişafı üçün işlər görüldü.
ABC.AZ xəbər verir ki, bunu ABB-də keçirilən mətbuat konfransında ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev deyib.
O bildirib ki, müştərilərə kredit alan zaman həyat sığorta məhsulunu da təklif edəcəyik. 3 ay vaxt verilib banklara ki, banklar sığorta şirkəti ilə inteqrasiyaları həyata keçirsin. Sistemlərin qarşılıqlı inteqrasiyası üçün sığorta şirkətləri işləri bizimlə bərabər aparır.
"Əsas hədəf müştərilərə təklif edilən məhsulun qiymət siyasəti düzgün olsun. Müştərilərə əlavə xərclər yaratmasın. Bu gün verilən kreditlərin 95%dən çox hissəsi sığorta ilə təmin olunmayıb. Lakin 3 ay ərzində banklar sığorta şirkətləri inteqrasiya aparacaq. Bu sığortalar kredit faizlərinin və kredit risklərinin aşağı düşməsinə səbəb olacaq" - deyə sədr vurğulayıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026