17:32 - 23.05.2024
23 may, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş olub, iqtisadiyyatda artım izlənilib, bu artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili rəhbərlik etdiyi komitənin iclasında – “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Ötən il Azərbaycanda 111,6 milyad manatlıq ümumi daxili məhsul (ÜDM) istehsalı proqnozlaşdırılsa da, faktiki rəqəm 123 milyard manat olub, ÜDM-in real artım tempi 1,1 % təşkil edib. Ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 0,5 % artımla 12,1 min manat olub. Qeyri-neft qaz sektoru üzrə ÜDM-in real artım tempi 3,7 %, payı 63,2 %, neft qaz sektoru üzrə ÜDM-in real artım tempi -1,7 %, payı 36,8 % olub. Neftin büdcə qiyməti 60 ABŞ dollarından götürülsə də, “Azeri Light” markalı “qara qızıl”ın bir barelinin orta illik qiyməti 43,5 % çox – 86,1 ABŞ dolları təşkil edib. Azərbaycanda əhalinin nominal gəliri 12,8 % artaraq 78,1 milyard manat olub”, – deyə o qeyd edib.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026