Azərbaycanda qiyməti 16 milyon olan zavod ləğv edilir

16:21 - 30.04.2024


30 aprel, Fineko/abc.az. “Reges Alçı-Zavod” MMC ləğv olunduğunu elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ7000 Naxçıvan şəhəri, Kəngərli̇ rayonu, Böyük Düz küçəsi ünvanına bildirə bilərlər.

Digər elanda isə bildirilir ki, “Reges Sement” Məhdud Məsuliyyətli Cəmiyyəti “Reges Alçı-Zavod”  Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyi qeyd olunub.

“Reges Sement” MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 37 271 662 manatdır və qanuni təmsilçisi Kamal Kərimovdur. “Reges Alçı-Zavod” MMC isə ötən il qeydiyyata alınıb, nizamnamə kapitalı 15 919 623 manat təşkil edir, qanuni təmsilçisi Rafiq Süleymanovdur.