Dövlət büdcəsində artıqlıq yaranıb - Gəlirlər xərcləri üstələyib

15:22 - 23.04.2024


23 aprel, Fineko/abc.az. 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9234,3 milyon manat, xərcləri 8412,6 milyon manat olub,

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,9 faiz çox icra edilməklə 6039,0 milyon manat təşkil edib.

2024-cü ilin birinci rübü üzrə dövlət büdcəsinin gəlirləri 8544,8 milyon manat proqnoza qarşı 9234,3 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 689,5 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 11,4 faiz və ya 944,3 milyon manat çoxdur.