Mikayıl Cabbarov Avropa Bankının regional direktoru ilə nəyi müzakirə edib?

14:50 - 23.04.2024


23 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərinin tətbiqi barədə fikir mübadiləsi aparılıb.

ABC.AZ xəbər verir ki, bu, iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosun görüşü zamanı olub.

Görüşdə Azərbaycan və EBRD arasında müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın mövcud olduğu və ölkənin qurumla əlaqələrin inkişafına önəm verdiyi vurğulanıb. Ətraf mühit, enerji, nəqliyyat, tranzit və digər sahələr üzrə bankla birgə həyata keçirilən layihələrin iqtisadiyyatın diversifikasiyasına töhfə verdiyi qeyd olunub. Qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində işbirliyi imkanları, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, dövlət-özəl tərəfdaşlığının inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələr barədə məlumat verilib.