Ölkədə problemli kreditlərin məbləği 7,2 % artıb

16:45 - 29.03.2024


29 mart, Fineko/abc.az. Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 469,2 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Bankaa istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 3,3 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,2 % artıb, 1 ildə isə 22,6 % azalıb.

Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət yanvarın sonuna da 1,9 %, ötən il dekabrın sonuna 1,8 %, ötən il fevralın sonuna isə 3 % olub.