Azərbaycana ən çox pul köçürən 5 ölkə - SİYAHI

11:50 - 29.03.2024


29 mart, Fineko/abc.az. Azərbaycana pul köçürmələrinin əsas hissəsi Rusiyanın payına düşür.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov media brifinqində deyib.

"Azərbaycana ən çox pul köçürən 5 ölkə siyahısına Rusiya (1,047 milyard dollar), Türkiyə (164 milyon dollar), ABŞ (73,8 milyon dollar), Gürcüstan (37,5 milyon dollar) və Böyük Britaniya (33,2 milyon dollar) daxildir.