Valyuta hərraclarında dollar satışı bu qədər artıb

14:41 - 28.03.2024


28 mart, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub. 

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda qeyd edilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 97,6 % (2 dəfəyə yaxın) çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 498,3 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 29,8% çoxdur.