10:35 - 14.03.2024
14 mart, Fineko/abc.az. Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək.
ABC.AZ xəbər verir ki, bu, Novruz bayramı günlərində artan sərnişin tələbatının qarşılanması üçün həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, martın 20-26-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026