"Visa" Təhsilin İnkişafı Fondu sənəd imzalayıblar

10:21 - 14.03.2024


14 mart, Fineko/abc.az. "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkəti və Elm və Təhsil Nazirliyinə tabe olan Təhsilin İnkişafı Fondu əməkdaşlıq razılaşması imzalayıblar.

ABC.AZ xəbər verir ki, imzalama mərasimi Bakıda keçirilən "Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan" tədbiri çərçivəsində həyata keçirilib.

Razılaşmanı "Visa"nın region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş ilə Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov imzalayıblar.