Bank Respublika 6 nominasiya üzrə mükafat qazandı

11:34 - 6.03.2024


 “Bank Respublika”nın 2023-cü ildə həyata keçirdiyi 6 layihə mükafata layiq görülüb.

Bank Respublika 2023-cü il ərzində həyata keçirdiyi uğurlu layihələrə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən 6 nominasiyada qalib edilib. 

Qeyd edək ki, hər il keçirilən müsabiqədə, ölkə banklarının il ərzində həyata keçirdiyi layihələr Assosiasiyanın ekspertləri tərəfindən qiymətləndirilir.

2023-cü ildə “Bank Respublika” həyata keçirdiyi bütün layihələr ekspertlər tərəfindən yüksək qiymətləndirilərək 6 nominasiya üzrə qalib seçilərək mükafata layiq görülüb:

·        Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank;

·        Ən fəal maliyyə savadlılığı dəstəkçisi;

·        Ən fəal təhsil dəstəkçisi;

·        Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank.

·        Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri;

·        “Özünüməşğulluq proqramında iştirak

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.