14:21 - 13.02.2024
13 fevral, Fineko/abc.az. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti “Prestij-Kimya“ MMC 2025-ci ildən bu sənaye parkının ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalına başlayacaq.
ABC.AZ xəbər verir ki, MMC-nin təsisçisi və direktoru Rüfət Pirişovun sözlərinə görə, “Araz Vadisi İqtisadi Zonası”nda yeni zavodun tikilməsi ilə əlaqədar müəyyən işlər görülüb.
Bu ilin sonuna kimi zavodun tikintisinin yekunlaşması, gələn ildən isə onun fəaliyyətə başlaması nəzərdə tutulur. Yeni zavodun inşası üçün tələb olunan sərmayənin ümumi məbləği 5 milyon manatdan çoxdur. İndiyədək bu zavodun tikintisinə 1,6 milyon manat sərmayə yatırılıb.
(Azərbaycan iqtisadiyyatı)