10:49 - 8.02.2024
8 fevral, Fineko/abc.az. Moldova Milli Bankı inflyasiyanın aşağı düşməsi fonunda baza dərəcəsini 4,75%-dən 4,25%-ə endirib.
ABC.AZ xəbər verir ki, Bank overnayt kreditləri və depozitlər üzrə dərəcələr müvafiq olaraq illik 6,75%-dən 6,25%-ə və 2,75%-dən 2,25%-ə endirib.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Moldovada inflyasiya pik həddə yüksələrək 34,6%-ə çatmışdı və ondan sonra azalma başlayıb. Ötən ilin sentyabrına qədər illik inflyasiya 8,6%-ə qədər azalıb.
Nəticədə Mərkəzi Bank da faizləri tədricən aşağı salmağa başlayıb.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026