Türkiyə-Rusiya bankı yaradılır?

10:41 - 5.02.2024


5 fevral, Fineko/abc.az. Ödəniş köçürmələri ilə bağlı problemlərin həlli çərçivəsində Türkiyə-Rusiya bankının yaradılması məsələsi iki ölkənin müvafiq qurumları tərəfindən müzakirə edilir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu Türkiyədə bir sıra özəl banklar Rusiya şirkətlərinin hesablarını bağlayıblar. Bu, ABŞ-ın sanksiyaları ilə bağlıdır.

"Türkiyə-Rusiya bankının yaradılması variantı müzakirə olunur və əvvəllər də müzakirə olunub. Bu, məqamlardan biridir. Amma hələlik bu məsələ ilə bağlı heç bir konkretlik yoxdur", - məlumatlı mənbə belə deyib.