Türkiyə Mərkəzi Bankının yeni rəhbəri sərt maliyyə siyasətini davam etdirəcəyini söz verdi

10:05 - 5.02.2024


5 fevral, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankının yeni rəhbəri Fatih Karaxan əmin edib ki, tənzimləyici, öncə çalışan Hafize Qaye Erkan tərəfindən həyata keçirilən sərt pul siyasətini davam etdirəcək.

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi və prioriteti maliyyə sabitliyini təmin etməkdir.

“Bu istiqamətdə biz güclü və qətiyyətli komandamızın köməyi ilə dezinflyasiyanın təmin edilməsi istiqamətində səylərimizi davam etdiririk. İnflyasiya hədəfimizə uyğun səviyyəyə enənə qədər pul siyasətinin lazımi sərtliyini qorumaq niyyətindəyik”, — deyə Karaxan bildirib.

Qeyd olunur ki, yerli və xarici iqtisadçılar yaxın vaxtlarda Prezident Rəcəb Tayyib Ərdoğan Administrasiyasının ötən ilin iyun ayından həyata keçirdiyi iqtisadi siyasətə yenidən baxılmasını gözləmirlər.