10:06 - 1.02.2024
1 fevral, Fineko/abc.az. Türkiyədə bəzi banklar Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb və bu ölkədən kart almaq istəyən şəxslər üçün tələbləri sərtləşdirib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, mənbələrdən biri Rusiya şirkətlərinin hesablarının 2022-ci ildə bağlandığını, lakin indi bu prosesin intensivləşdiyini bildirib.
Əvvəllər söhbət ilk növbədə sanksiyalara məruz qalan şirkətlərdən gedirdi, indi isə digər təşkilatlarla da münasibətlərə xitam verilir.
Məhdudiyyətlər ABŞ Prezidenti Co Baydenin 22 dekabr 2023-cü il tarixli fərmanından sonra sərtləşdirilib. O, ABŞ Xəzinədarlığına Rusiyanın sanksiyaya məruz qalan şəxsləri ilə əməliyyatlar aparmağa kömək edən və ya ölkənin hərbi-sənaye kompleksinə müəyyən material və avadanlıqların tədarükünü asanlaşdıran xarici banklara qarşı tədbirlər tətbiq etməyə icazə verib.
Türkiyədə bizneslə məşğul olan mənbələrdən birinə görə, dekabr ayına qədər ölkədə Rusiya ilə işləmək üçün dörd bank olub.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026