Ötən il faiz xərcləri artan Bank - Hesabat

15:00 - 24.01.2024


24 yanvar, Fineko/abc.az. Ötən il ərzində “Ziraat Bank Azərbaycan”ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.

ABC.Az xəbər verir ki, ötən il “Ziraat Bank Azərbaycan”ın faiz gəlirləri 10.194 milyon manat təşkil edib.

2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 7.141 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 3.053 milyon manatlıq artımın olduğunu görərik.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 30 dekabr 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 108.719 milyon manatdır. Bankın səhmlərinin 99.98%-i Türkiyənin “T.C.Ziraat Bankı”na, 0,01%-i “Ziraat Teknoloji” şirkətinə, 0,01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.