ARDNF-in büdcədənkənar gəlirləri 2 132,1 milyon manat olub

14:44 - 16.01.2024


16 yanvar, Fineko/abc.az. 2023-cü ilin sonuna Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 337,8 milyon manat təşkil edir.

ABC.AZ xəbər verir ki, bu barədə Fondun hüsabatında qeyd edilib. Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 11 737,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 27,9 milyon manat yönəldilmişdir.

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 34,3 milyon edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 2 132,1 milyon manat təşkil edib.