“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti azalıb - Hesabat

17:29 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. “Azersun Holdinq” MMC-yə yaxın bank “Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) 2023-cü ildəki xalis mənfəəti öncəki ildən az olub.

ABC.AZ xəbər verir ki, bu bankın illik maliyyə hesabatında öz əksini tapıb.

Hesabat müddətində kommersiya bankı 33.19 milyon manat faiz gəliri, 12.31 milyon manat qeyri-faiz gəliri əldə etdiyi halda, 17.09 milyon manat faiz xərci, 22.16 mln. manat qeyri-faiz xərci edib. Nəticədə ASB 6.25 mln. manat əməliyyat mənfəəti əldə edib.

Bankın aktivlər üzrə ehtiyatlara ayırması və gəlir vergisi fərqindən sonra xalis mənfəəri 5.12 mln. manat olmaqla 2022-ci ildəki 5.29 mln. manatlıq nəticədən 3% az olub.