Azad edilmiş ərazilərə indiyə kimi dövlət büdcəsindən nə qədər pul ayrılıb?

14:56 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə 2021-ci ildən bu günə qədər dövlət büdcəsindən 12 milyard manata yaxın vəsait ayrılıb.

ABC.AZ xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib.

O qeyd edib ki, bölgədəki bərpa və quruculuq işlərinə özəl investisiyaların cəlb olunması əsas məqsədlərdəndir:

“İnvestisiya cəlb edilməsilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məhsuldar ərzaq istehsalına əsaslanan dayanıqlı təcrübələrin tətbiqi, turizmin təşviqi və digər tədbirlər gerçəkləşdirilir. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə buraya yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir".