11:34 - 9.01.2024
9 yanvar, Fineko/abc.az. Bu ilin əvvəlinə banklarda ötən ilin əvvəlinə nisbətən 2.3% çox – 34.6 milyard manat depozit, o cümlədən 9.2% çox – 12.5 milyard manat əmanət olub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
O qeyd edib ki, depozitlərin dollarlaşma əmsalı 36.4% olsa da, fiziki şəxslərdə bu hədd 33.4% təşkil edib. "Bunlar da illik müqayisədə müvafiq olaraq 10.7 faiz bəndi və 6.4 faiz bəndi azdır” -deyə ABA sədri bildirib.
Onun sözlərinə görə, il ərzində bankların kapital mövqeyi də güclənib, sektorun balans kapitalı 8.4% artaraq 6.1 milyard manat olub.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026