14:35 - 8.01.2024
8 yanvar, Fineko/abc.az. ABŞ hökumətinin 2024-cü il üçün ümumi büdcəsi təxminən 1,6 trilyon dollar razılaşdırılıb.
ABC.AZ xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.
O, Amerika hökumətinin büdcəsi üçün təsdiqlənmiş dəqiq məbləği açıqlayıb — 1,590 trilyon dollar. "Buraya müdafiə üçün 886 milyard dollar və qeyri müdafiə (xərclər) üçün 704 milyard dollar daxildir" — deyə o bildirib.
Dekabr ayında ABŞ-ın müdafiə xərclərinin 2023-cü ilin sonunda təxminən 798 milyard dollara qədər artacağı bildirildi. Dekabrın 16-da ABŞ Senatı dövlətin 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib. Sənədi 100 səsdən 79-u dəstəkləyib.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026