Hindistan doqquz kripto birjasını bloklayır

15:56 - 29.12.2023


29 dekabr, Fineko/abc.az. Hindistanın maliyyə kəşfiyyat bölməsi, “Binance” daxil olmaqla doqquz kriptobirjaya, çirkli pulların yuyulmasının qarşısının alınması qanununa əməl etmədikləri barədə bildiriş göndərib və İnformasiya Texnologiyaları Nazirliyindən veb ünvanlarını bloklamalarını tələb edib.

ABC.AZ xəbər verir ki,"2023-cü ilin mart ayında virtual rəqəmsal aktiv xidmət təminatçıları, 2002-ci il tarixli çirkli pulların yuyulmasının qarşısının alınması Qanununun müddəalarına uyğun olaraq çirkli pulların yuyulmasına/terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sisteminə daxil edilmişdi".