Qırğızıstanın dövlət borcu 6 milyard dolları ötüb

15:03 - 28.12.2023


28 dekabr, Fineko/abc.az. 31 oktyabr 2023-cü il tarixinə Qırğızıstanın dövlət borcu 6 milyard 59 milyon dollar (535 milyard 972,58 milyon som) təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, xarici borc 4 milyard 482 milyon 43 min dollar, daxili borc isə 1 milyard 518 milyon 16 min dollar təşkil edib.