14:13 - 28.12.2023
28 dekabr, Fineko/abc.az. “AzerGold” QSC-nin dəmir filizi üzrə ixtisaslaşan və hələ tam fəaliyyətə başlamayan şirkəti “Daşkəsən Dəmir Filiz” MMC 2022-ci ili də zərərlə tamamlayıb.
ABC.AZ xəbər verir ki, bunu dövlət şirkətinin konsolidə edilmiş audit hesabatına istinad edir.
Hesabatda qeyd edilir ki, 2022-c ildə DDF 2 milyon 105 min ABŞ dollar (3 milyon 578.5 manat) zərər edib.
Bu da 2021-ci illə müqayisədə zərərin 1 milyon 300 min dollar və ya 39.6% azalması deməkdir.
2021-ci ildə dövlət şirkəti 3 milyon 485 min dollar zərər etmişdi.
Bir faktı qeyd edək ki, şirkətin zərər etməsi onun hələ əsas fəaliyyət istiqaməti üzrə tam faəliyyətə başlamaması ilə əlaqəlidir.
19 dekabrda açıqlanan məlumata görə, “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə yerin təkində olan filiz ehtiyatlarının ümumi kütləsi 309.16 milyon tona təşkil edir.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026