Son 5 ildə Azərbaycanda bankların defolt hallarına rast gəlinməyib - “S&P Global Ratings” agentliyi

10:24 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. Azərbaycanın bank sistemindəki pərakəndə əmanətlər 2016-cı ilin sonundan etibarən 70% artıb.

ABC.AZ xəbər verir ki, bu “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı proqnozunda əks olunub.

Sözügedən proqnozda Azərbaycanda 2023-cü ilin oktyabrında “Muğanbank”ın lisenziyasının ləğvindən sonra, son beş il ərzində depozitlər üzrə əməliyyatlara görə bankların defolt halları ilə bağlı hər hansısa hala rast gəlmədiyi vurğulanır.

"Rezident depozitlərdən daha dəyişkən hesab etdiyimiz qeyri-rezident depozitlərinin payı, əsasən Rusiya pulunun axını hesabına 2021-ci ildəki 1.4%-dən 2022-ci ilin sonunda 5%-ə (2,5 milyard manat) yüksəlmişdir. Lakin Gürcüstan (18%) və Ermənistandan (20%) xeyli aşağıdır", - deyə proqnozda qeyd edilib.