Ələt Azad İqtisadi Zonasının sədri hədəflərini açıqlayıb

16:56 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Ələt Azad İqtisadi Zonasının iki hədəfi var.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

"Biz investorların ərazidə uğurla şirkət qura bilməsi üçün münbit şərait yaradacağıq, eyni zamanda, şirkətlərin böyüməsini dəstəkləyəcəyik. Biz xüsusilə Türkiyədən gələn sahibkarları, xüsusilə yüksək əlavə dəyərli və ixracyönümlü məhsul istehsal edən, innovativ texnologiyalara və ən yaxşı beynəlxalq standartlara uyğun çalışan şirkətləri qəbul etməyə hazırıq", - deyə V.Ələsgərov əlavə edib.