Gəncədə də sənaye zonası açılacaq

14:31 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Bu yaxınlarda Gəncədə yeni sənaye zonası açılacaq.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

“Biz orada da oxşar vergi, gömrük təşviqlərini tətbiq edirik. Fərq ondadır ki, orada bu təşviqlərin müddəti var. Bir qayda olaraq müəssisə işə başladıqdan on il müddətində həmin təşviqlər tətbiq edilir. Bu məsələ ilə bağlı infrastruktur da mövcuddur”, – deyə nazir əlavə edib.