Kanadada 2035-ci ildən yalnız elektromobillər və hibridlər satılacaq

11:44 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Gələcəkdə qadağa altına həmçinin ciplər və pikaplar da düşəcək. Eyni zamanda, 2026-cı ildən etibarən elektromobil satışı ən azı 20% təşkil etməlidir.

ABC.AZ xəbər verir ki, məlumata görə, 2030-cu ilə qədər bu göstərici 60%-ə yüksələcək. Şəbəkədən qidalanan hibridlər üçün elektrik rejimində minimum gediş ehtiyatı tətbiq ediləcək.

Bu cür tələblər irəli sürərək Kanada hakimiyyəti öz növbəsində avtomobil istehsalçılarına və alıcılarına bir sıra güzəştlər, habelə lazımi infrastrukturun inkişafı etdirəcəyini vəd edir.