Son 10 ayda bank kartlarındakı 700-800 min manat fırıldaqçılar tərəfindən mənimsənilib

14:34 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda emissiya olunmuş kartlarla 80 milyard manatlıq dövriyyə qeydə alınıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın şöbə rəisi Ramil Mahmudov bildirib. 

Onun sözlərinə görə, 10 aylıq dövriyyənin təxminən 700-800 min manatlıq hissəsi fırıldaqçılığın qurbanı olub.

“Bu dövriyyənin tərkibində kiçikdir, ancaq say hesabı olaraq çoxdur”, – deyə AMB rəsmisi qeyd edib.