11:14 - 18.12.2023
18 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1 % azalaraq 60,8 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,9% azalıb, qeyri neft-qaz sektorunda isə 7,8 % artıb.
Sənaye məhsulunun 67,9 %-i mədənçıxarma, 26,8 %-i emal, 4,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 84,8 % olub. Ümumi istehsalın 91,3 %-i sənaye məhsullarının istehsalı, 8,7 %-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026