Putin: Qarabağdan Rusiya deyil, Ermənistanın özü imtina etdi

16:42 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. “Qarabağdan imtina edən Rusiya deyil, Ermənistanın özü oldu, həm də təşəbbüslə və Moskvaya məlumat vermədən”.

ABC.AZ xəbər verir ki, bunu Prezident Putin bu gün keçirilən mətbuat konfransında söylədi.

Putin hesab edir ki, MDB, AİB və KTMT-yə üzvlüyün dayandırılması Ermənistanın maraqlarına uyğun olmayacaq.

“Paşinyanın son sammitlərdə iştirak etməməsi Ermənistanın özündə bəzi proseslərlə bağlıdır, birgə işi davam etdirmək istəməməsi ilə deyil”, — deyə Rusiya prezidenti bildirib.