Ermənistanın dövlət borcu artaraq bu qədər olub

10:42 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. Oktyabrda Ermənistanın dövlət borcu 11 milyard 116 milyon dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyanın məqaləsində bildirilir.

Qeyd edilir ki, ölkədə iqtisadi artım templəri aşağı düşür. Müəllif vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin yaratdığı xarici amillərin təsiri ilə Ermənistanın əvvəlki iki ildə qeydə alınmış yüksək iqtisadi artımının qısamüddətli xarakter daşıması artıq reallıqdır.

Xüsusən bu ilin ikinci rübündən etibarən iqtisadi fəallıq durmadan azalmağa başlayıb. 2022-ci ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM artımı 12.3 faiz olub, 2023-cü ildə isə müqayisəli göstərici 2.8 faiz azalıb.

Oktyabr ayında Ermənistanın iqtisadi fəaliyyət indeksində keçən ilin eyni ayı ilə müqayisədə artım 17.5 faiz təşkil edib ki, bu da sonradan 2023-cü ildə üç dəfə azalıb, oktyabrda 6 faiz təşkil edib.