Qazaxıstan Milli Bankı uçot faiz dərəcəsini endirdi

12:02 - 24.11.2023


24 noyabr, Fineko/abc.az. Qazaxıstan Milli Bankı uçot faiz dərəcəsi ilə bağlı qərar verib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, adıçəkilən ölkə uçot dərəcəsini 15.75%-ə endirib.

Milli Bankda qeyd edildiyi kimi, illik inflyasiya dinamik şəkildə yavaşlamağa davam edir. Göstəricinin yaxın aylarda təkrəqəmli zonaya keçəcəyi gözlənilir.

Xatırladaq ki, oktyabr ayında Qazaxıstan Milli Bankı uçot faiz dərəcəsini illik 16.5%-dən 16%-ə endirib. Bundan sonra Qazaxıstan Milli Bankının rəhbəri Timur Suleymenov Qazaxıstanda baza dərəcəsinin azaldılması şərtlərini açıqlayıb.