15:03 - 23.11.2023
23 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın açıqlamasına əsasən, Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı oktyabr ayında 271 min ədəd artıb.
ABC.AZ-ın məlumatın görə, Azərbaycanda ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb. 2023-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5017 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 4107 mln. manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 902 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 54.7%-ni təşkil edib.
Müəllif: Elmir Murad
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026