11:38 - 23.11.2023
23 noyabr, Fineko/abc.az. Böyük Britaniya iqtisadiyyatı 2023-cü ildə 0,6%, 2024-cü ildə isə 0,7% artacaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant parlamentdə ənənəvi payız çıxışı zamanı bildirib.
O qeyd edib ki, Britaniya Büdcə Məsuliyyəti Ofisinin (OBR) mart ayı proqnozunda ölkənin Ümumi Daxili Məhsul istehsalının bu il 0,2% azalması, gələn il isə 1,8% artım nəzərdə tutulur. Onun 2025-ci il üçün artım proqnozu 2,5%-dən 1,4%-ə endirilib. 2026-cı ildə ölkə iqtisadiyyatın 1,9%, 2027-ci ildə 2% artacağı gözlənilir.
Həmçinin OBR 2024-2025 maliyyə ili üçün maliyyə kəsiri proqnozunu mart ayında gözlənilən 3.2%-dən ÜDM-in 3%-nə endirib.