Dünyanın ən qədim Bankı İtaliyada satışa çıxarılıb

12:15 - 21.11.2023


21 noyabr, Fineko/abc.az. İtaliya hökuməti dünyanın ən qədim bankı olan “Montepaschi”nin özəlləşdirilməsində ilk addımı atıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, İtaliya hökumətinin bankın satılması istiqamətində ilk addımı uğursuz olmuşdu.

Hökumət iki il sonra, xilas edilmiş “Monte dei Paschi di Siena”nın 25%-lik payını sataraq, 920 milyon avro (1 milyard dollar) gəlir əldə edib. Bununla da hökumət dünyanın ən qədim bankını özəlləşdirmək planlarında irəliləyib.

Tələbin çox olduğunu görən hökumət ilkin mərhələdə 20% olaraq təyin edilmiş təklifin həcmini artırıb.

Artan uçot dərəcələri İtaliya banklarının mənfəətini rekord həddə çatdırdığı üçün bankın xalis gəlirinin bu il 1,1 milyard avronu keçəcəyi təxmin edilir.