Banklarımız aktiv biznes kreditləri verməkdə maraqlı deyillər - Taleh Kazımov

16:29 - 13.11.2023


13 noyabr, Fineko/abc.az. Mərkəzi Bankın sədri əmanətlərlə bağlı narahatlıq doğuran iki məqamı açıqlayıb.

ABC.AZ xəbər verir ki, Baş Bankir Taleh Kazımov sözügedən narahatlıq barədə Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

O qeyd edib ki, bir ilədək əmanətlərin ümumi əmanətlərdə payı 81 faiz təşkil edir.

Bu isə o deməkdir ki, bizim banklarımızın uzun müddətli maraqları kifayət qədər deyil ki, aktiv biznes kreditləri versinlər.

Mərkəzi Bankın sədri ikinci narahatlıq doğuran məqamı da nəzərə çatdırıb:

“30 min manatadək əmanəti olan əmanətçilərin sayı ümumi əmanətçilərin sayında 73 faiz təşkil edir. Bu o deməkdir ki, əhali daha çox 30 min manatadək əmanətlər yerləşdirir. Bu sahədə fevral ayından azalma müşahidə edirik".

Taleh Kazımov bildirib ki, ilk dəfə olaraq banklararası bazarın yaranması böyük nailiyyətdir:

"AMB-nin maliyyə sabitliyi siyasəti ödənişlərin fasiləsizliyinə yönəlib. Kredit portfelimiz 9 ayda 14 % artıb. Bank sektoruna və manata inam artıb”.