Cari ildə öhdəlikləri artan banklar

12:17 - 31.10.2023


31 oktyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 9-nun bu il oktyabrın 1-nə öhdəlikləri illik müqayisədə az olub.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bunlar, “Azər-Türk Bank”, “Turan Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Avrasiya”, “Azərbaycan Beynəlxalq Bankı”, “Naxçıvan Bank”, “Premium Bank” və “Muğan Bank” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır.

Ən çox azalma İran bankında (27,4%), ən az azalma isə “Azər-Türk Bank”da (0,1%) qeydə alınıb.

Qalan 15 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan” ASC-də (80,1%), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan” ASC-də (0,6%) qeydə alınıb.